• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 826
— 11.01.2022 19:12

Omicrondan necə qorunaq?

KepezTV Player

Artıq Respublikamızda da koronavirusun yeni ştampı olan "omikron" aşkarlandı. Virusun yeni növü daha kəskin və tez şəkildə yayılmaq qabiliyyətinə malikdir. Bu isə öz növbəsində özünüqoru tədbirlərinin daha da möhkəmləndirilməsi deməkdir. Əməkdaşımız Elnur Vahidoğlu virusun bu növündən necə qorunmağın yollarını izah edəcək.

Daha təhlükəli və şiddətli olan omicron insan hüceyrələrinə daha asan yapışan mutasiyadır. Ona görə də hətta əvvəllər yoluxmuş və ya peyvənd olunmuş şəxslər də Omicrona yoluxa bilər. Bu virusun əlamətləri COVİD 19-a yaxın olsa da onun kəskinliyi daha çox və şiddətlidir.

Virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin bu prosesdə fəal iştirakı Azərbaycanda epidemioloji vəziyyəti sabit saxlamağa imkan verir. Peyvənd vurdurmaqla yanaşı, xüsusi karantin rejiminin qaydalarına da əməl  edilməlidir. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

 

Elnur Vahidoğlu