KepezTV Player
Gəncə Gənclər Evində “Boyaların su ilə rəqsidir Ebru” adlı təlimə start verilib. Təlimin açılışında çıxış edənlər bu sənətin ölkəmizdə unudulmaqda olduğu və gələcək nəsillərin Ebru sənətini mənimsəmələri üçün belə layihələrin böyük rol oynadığını dilə gətiriblər. Tələb çox olduğundan dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın rəhbərlik etdiyi layihə iki mərhələdən ibarət olacaq. Yanvarın 12-də yekunlaşacaq ilk təlimdə 50 gənc iştirak edir. Fevralda isə təlimin ikinci hissəsi təşkil ediləcək. Layihədə Ebru sənətinin dərinlikləri təlimçi tərəfindən gənclərə nəzəri və praktiki olaraq öyrədilir. Təlimin sonunda gənclər sertifikatla təltif olunacaqlar.
- Baxış: 708