• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 11.01.2022 12:24

Qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb. Üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş “marixuana” aşkarlanaraq götürülüb.

İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı narkotik maddə olan “heroin” aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilədən isə külli miqdarda “heroin” aşkar edilib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb,araşdırmalar davam etdirilir.