• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 10.01.2022 20:42

İsrailin Azərbaycandakı səfirliyinin nümayəndəsi Gəncədə olub

KepezTV Player

İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini, müvəqqəti işlər vəkili Doron Piyer Gəncəyə səfər edib. Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevlə görüşən qonağa Gəncənin sənaye, iqtisadi, mədəni və elmi potensialı barədə məlumat verilib. Bu gün Azərbaycan-İsrail  münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı fikir mübadiləsi fonunda keçən görüşdə əməkdaşlığın prespektivləri müzkirə edilib.

Doron Piyer İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini: Gəncəyə ilk dəfədir ki, gəlmişəm, amma ümid edirəm ki, bundan sonra buraya yenə gələcəm. Gəncəyə gəlməkdə əsas məqsədimiz Azərbaycan və İsrail dövlətləri arasında əməkdaşlığı daha da dərinləşdirməkdir. Şəhərinizlə bağlı bir çox planlarımız var. Azərbaycan Dövlət Aqrar Universitetində də görüşümüz olub. Düşünürəm ki, bu ali təhsil ocağı innovasiya texnologiyaları baxımından bizim üçün regionda mərkəz rolunu oynayacaq. Bundan başqa gələcəkdə Gəncədə turizm, iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra addımlar atmaq niyyətindəyik.