• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1943
— 06.01.2022 12:38

Gəncədə Narkokuryerlər saxlanılıblar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakinləri Elgün Abbasov və yaxın qohumu Ümid Hüseynov sosisal şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Masazır ərazisində gizlədilən narkotik vasitəni 500 manat və şəxsi istifadə üçün narkotik vasitə qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar. Həmin şəxslər Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman Elgün Abbasovun üzərindən 50 qram yaxın “heroin”, idarə etdiyi maşına baxış keçirilən zaman isə  ümumi çəkisi 1 kq-dan çox olan heroin və metamfetamin aşkar olunaraq götürülüb.