• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 05.01.2022 12:13

Gəncə sakinində silah aşkarlanıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi Cinayət Axtarışı Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Röyal Əliyev saxlanılıb. Üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin tapançaya aid sandıqçadan isə 4 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.