KepezTV Player
Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları bayram əhval-ruhiyyəsi ilə sevindirib. Fondun əməkdaşları bayram ərəfəsində paytaxt Bakı və regionlarda uşaq evləri və internat məktəbləri, həmçinin sosial xidmət müəssisələrində olaraq Fondun prezidenti Mehriban Əliyevanın təbrikini, müxtəlif oyuncaqlar və şirniyyatlardan hazırlanan bayram sovqatlarını çatdırıb. Bayram süfrəsi ətrafında Şaxta baba və uşaqların sevdikləri nağıl personajlarının iştirakı ilə şənlik təşkil edilib.
- Baxış: 342