• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 930
— 29.12.2021 12:04

Karantini pozan şadlıq evlərinin rəhbərləri barəsində cinayət işi başlanılıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub. Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edib. Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq Polis Şöbəsinə gətirilib və barəsində cinayət işi başlanıb.

Karantini pozan şadlıq evlərinin rəhbərləri barəsində cinayət işi başlanılıb

Şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evinin rəhbəri Rasim Salmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib və barəsində cinayət işi başlanılıb. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektində, 135-ə yaxın evdə keçirilən toy mərasimlərində karantin rejiminin pozulması aşkar edilib və qanunamüvafiq tədbir görülüb. Təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib.