Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Nizami muzeyində dahi şairin 880 illiyi ilə bağlı yekun tədbiri keçirilib. Əvvəlcə qonaqlar şeyxin məqbərəsinin ziyarət ediblər, şairin ruhunu hörmətlə anıblar. Daha sonra dahi şair Nizami Gəncəvinin zəngin yaradıcılığından danışılıb. Dahi şairin geniş şöhrət tapmış "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin də bünövrəsini qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verir. Dünyaca məhşur olan Nizami Gəncəvi yaradıcılığı əsirlər keçsə belə yenə də öz zənginliyini, aktuallığını qoruyub saxlayacaq. Tədbirdə dahi Nizaminin sözlərinə mahnılar ifalar edilib, şerlər səsləndirilib.
- Baxış: 788