KepezTV Player
Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi olaraq görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdə şəhid ailələri və qazilər də iştirak ediblər. Qəbula gələn vətəndaşların şikayət və təklifləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, müalicə üçün göndərişin verilməsi və digər məsələlər üstünlük təşkil edib. Sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verilib, problemlərin bir hissəsi isə yerindəcə öz həllini tapıb.
- Baxış: 555