KepezTV Player
Dövlət İmtahan Mərkəzi gələn ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixlərini açıqlayıb.
Yanvar ayında A növü üzrə dövlət qulluğuna və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək. Fevralda isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, B növü üzrə dövlət qulluğuna qəbul, magistratura səviyyəsinə qəbul imtahanı və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.
- Baxış: 295