KepezTV Player
Azad edilən ərazilərdə meşə zolaqlarının salınması prosesi davam etdiriləcək. Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, azad olunan ərazilərə böyük qayıdışın bir istiqaməti də həmin ərazilərdə ekologiyanın, ətraf mühitin sağlamlaşdırılması üçün atılan addımlardır. 30 il düşmən tapdağında qalan torpaqlarda ekosit törədilib. Bu il həmin ərazilərdə 20 mindən artıq ting əkilib, 3 tona yaxın müxtəlif cinsli ağacların toxumları səpilib.
- Baxış: 334