• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 27.12.2021 12:31

Gəncədə narkotikin təsiri altında olan sürücü saxlanılıb

KepezTV Player

Konstruksiya dəyişikliyi edilən avtomobillər aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.Aparılan monitorinqlər zamanı müxtəlif markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib. Araşdırmalar zamanı həmin avtomobillərdə çoxavazlı səs siqnalları, şüşələrində isə görməni məhdudlaşdıran plyonkalar müəyyən edilib. Müvafiq dövlət qeydiyyat nişanı olmadan “Mercedes” markalı avtomobilin sürücüsü Ağa Musayev polis əməkdaşları tərəfindən saxlanılan zaman isə həm polisin qanunu tələbin tabe olmayıb həm də avtomobilə məxsus qeydiyyat nişanlarında qanunsuz dəyişiklik etməsi aşkar edilib.

Polis əməkdaşları tərəfindən şəhər sakini Sahib Rzayevin idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhər ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu üçün saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib. Bu və digər qayda pozan sürücülər ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir daha profilaktiki söhbətlər aparıb, onlara Yol Hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunub.