• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 24.12.2021 15:45

Cüdoçular yubiley yarışında

KepezTV Player

Gəncədə ölkə Prezidenti, idmançıların yaxın dostu İlham Əliyevin doğum günü münasibətilə cüdo üzrə açıq şəhər birinciliyi təşkil edilib. Metallurq İdman Kompleksində reallaşan yarışda Azərbaycan Cüdo Federasiyasının rəsmiləri də iştirak edib. Birincilikdə 14-16 yaşlı oğlan və qız tatami ustaları gücünü sınayıb. 100-dən çox cüdoçunun qatıldığı yarışda yerli idman məktəbləri və cəmiyyətlərinin yetirmələri qalib adı uğrunda mübarizə aparıb. Yekunda fəxri yerlər tutan idmançılar diplom və medalla mükafatlandırılıblar.