• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1261
— 24.12.2021 15:41

Samuxda spirtli içki müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “Qara-Çanaq” müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı bəzi məhsulların etiket məlumatlarında “Alfa” tipli etil spirtindən istifadə edildiyi qeyd olunsa da, “Lyuks” və 1-ci növ rektifikasiya olunmuş etil spirtindən istifadə olunduğu, “Московские вечер”, “Славянская” və “Захара” nişanlı alkoqollu içkilərin etiket məlumatlarında istehsal tarixinin qeyd olunmadığı, məhsulların üzərində qeyd olunmasına baxmayaraq, osmos üsulu ilə təmizlənmiş su və təbii baldan istifadə edilmədiyi, həmçinin sanitariya norma qaydalarına və gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar edilib. Aşkar olunan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.