• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2345
— 21.12.2021 20:33

Şəmkir sakinində silah və narkotik aşkarlandı

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Sabir Abbasov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan torbada ümumi çəkisi 450 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Şəmkir sakinlərindən 61 ədəd odlu silah aşkarlanıb

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Abbasovun yaşadığı evdən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd istifadəyə yararlı “AK-74” markalı avtomat, 1 ədəd həmin avtomata məxsus daraq və 20 ədəd 5.45 mm-lik avtomat patronu aşkar edilərək götürülüb. Bununlada polis əməkdaşları həftə ərzində vətəndaşlardan götürdüyü silahların sayı 21-ə çatıb. Cari ilin müvafiq dövrü ərzində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində rayon sakinlərindən ümumilikdə 61 ədəd odlu silah aşkarlanıb ki, həmin silahlardan 7-si aparılan marifləndirici-profilaktiki söhbətlər nəticəsində sakinlər tərəfindən könüllü təhvil verilib.