KepezTV Player
Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl üzrə nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan tədbir rayonda yerləşən Mədəniyyət Evində baş tutub. Burada dahi şairin bütün dünyada tanındığı və onun əsərlərinin əksəriyyətində sülh, əmin-amanlığın öz əksini tapdığı diqqətə çatdırılıb. Tədbirdə t'qdim edil'n ədəbi-bədii kompozisiyalarda Nizami Gəncəvi obrazı iştirakçıları salamlayıb, daha sonra dahi şairin "Xəmsə"sindən müxtəlif səhnəciklər nümayiş etdirilib. Həmçinin, şeyxin yaradıcılığındakı şeirlər həm muğam, həm də musiqi formasında ifa olunub.
- Baxış: 347