• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 5402
— 17.12.2021 20:21

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb

KepezTV Player

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən və digər hərəkət iştirakçılarının da sağlamlığı üçün ciddi təhlükə yaradan rayon sakini Müşfiq Rəsulov  saxlanılıb. Belə ki, rayonun mərkəzi küçələrində hərəkətdə olan “Ford Tranzit” markalı avtomobilin sürücüsü davamlı şəkildə yolhərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin, o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq təhlükəli manevrlərlə qaydaları pozmağa davam edib və nəticədə hərəkətdə olan digər iki avtomobilə zərər vurub. Avtomobil süni tıxac tətbiq edilməklə dayandırıldıqdan sonra sürücünün narkotik vasitə qəbul etməsinə dair əsaslı şübhələr olduğundan həmin şəxs polis şöbəsinə gətirilib. Tibbi müayinədən keçirildikdən sonra M.Rəsulovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Həmçinin, həmin şəxsin sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnamənin olmadığı da aşkarlanıb. O, ifadəsində əməllərini etiraf edib. Müşfiq Rəsulov  Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətində həbs edilib.