• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1713
— 17.12.2021 20:30

Millət vəkili gənclərlə görüşüb

KepezTV Player

Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev gənclərlə görüş keçirib. YAP Gəncə şəhər təşkilatında müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri ilə keçirilən görüşdə millət vəkili ölkədə gənclərə olan diqqət və qayğının bəhrələrindən, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıb. Deputat gənclərin sosial problemləri, onları düşündürən məsələlər, eyni zamanda elm-təhsil, intellektual inkişafla bağlı fikir və təkliflərini dinləyib. İrəli sürülən təklif və təşəbbüslərlə bağlı geniş müzakirələr aparılıb.