• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1810
— 15.12.2021 17:41

Həbib Nurməhəmmədov ölkəmizi təriflədi

KepezTV Player

Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov Moskavada keçirilən mətbuat konfransında Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb. Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.

Həbib Nurməhəmmədov UFC-nin keçmiş çempionu: Təbii ki, biz azərbaycanlı idmançılarla görüşəndə, söhbət edəndə onları dəstəkləyirik. Onların arasında Nəriman Abbasovu, şəxsi məşqçisi Şəhriyar Abbasovu göstərə bilərəm. Atamın sağlığında bizdə çox təlim-məşq toplanışında olublar. Düşünürəm ki, Nəriman UFC-də rahat döyüşə bilər. Onun səviyyəsi buna imkan verir. Bilirəm ki, o, bu qurumla müqavilə bağlamağa hazırdır. Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır. Təklif olsa, layihələr həyata keçirə bilərik. Bir neçə ölkədə bu yöndə çalışırıq.Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə qulluq edəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq.