KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Ümumilikdə 27 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 16 nəfər barəsində isə protokol tərtib edilib.Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
- Baxış: 476