• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1709
— 15.12.2021 12:30

Ağstafa sakini dayısı oğlunu qətlə yetirib

KepezTV Player

Ağstafada qətl törədilib. Köçəsgər kəndində kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərov gecə saatlarında şəxsi münasibətlər zəminində dayısı oğlu, 20 yaşlı Çingiz Vəlizadəyə ürək nahiyəsindən bıçaq zərbəsi endirərək öldürüb. Qətl  mərhumun yaşadığı evin qarşısında baş verib. Çingiz Vəlizadə hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törədən şəxs saxlanılıb. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Nurlan Vəliyev də bıçaq xəsarəti alıb. O, dərhal Agstafa Rayon Mərkəzi xəstəxanasına  yerləşdirilib. Yaralı əlindən əməliyyat olunduqdan sonra evə buraxılıb.