• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1458
— 14.12.2021 10:17

Prezident Belçikaya işgüzar səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edib.

Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.

Dövlət başçısı ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.***Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə Alyansın mənzil-qərargahında da görüş olub.