• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 13.12.2021 20:38

Mağazalarda pandemiya qaydaları necə gözlənilir?

KepezTV Player

Karantin rejimi yumşaldılsa da, təəsüf ki, koronavirus təsirini yumşaltmaq bilmir. Əsasən də insanların çox olduğu marketlərdə, magazalarda və iri ticarət mərkəzlərində. Belə olduğu halda  maska taxmağın vacibliyi bir daha gündəmə gəlir, xüsusilə də qapalı obyektlərdə.

Pandemiya dövrünün tələbləri iriliyindən və kiçikliyindən asılı olmayaraq, satış ilə məşğul olan bütün  mağazada gözlənilməlidir. Bu kimi obyektlərdə satıcılar maska, əlcək və digər qoruyucu vasitələrdən istifadə etməlidirlər ki, epidemiyanın sürətlənməsinə təkan verilməsin. Qaydalarla yanaşı magazalarda xüsusi məlumat lövhələri də yerləşdirilib, həmçinin unutqan alıcılar üçün mağaza daxilində hər 5 dəqiqədən bir qaydalara dair elanlar səsləndirilir.

satıcı: Magazamızad gündəlik pandemiya qaydalarına əməl olunur. Təmizlikdi, əllərin spirtlənməsidii maska taxılmasıdı. Əgər klent maskasız girərsə biz ona təqdim edirik, əllərini spirtləyirik. Hər şey qaydasında olur.

satıcı: Spirtdi, maskadı istifadə edirik. Məsafə saxlayırıq. Hansınınsa maskası yoxdusa da qabaq tərəfdə köşk var ordan almalarını xahiş edirik. Biz özmüzdə spritdi hökmən istifadə edirik. Ara məsafəsi də şərtdi yəni.

Pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər sahibkarlar, istərsə də cəmiyyət qoyulan tələblərə uyğunlaşmalı, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidir.

alıcı: Magazaya gəlmişəm mal almaqdan ötrü. Mağzaya girəndə maska taxdım, yəni öz sağlamlığımızı qorumaq üçün. Bilirik ki, xəstəlik baş alıb gedir. Ona görə lazımdı ki. Maskadan istifadə etmək. İnsanlara da tövsiyyə edirəm ki, maskasız heç bir mağazalara, marketlərə girməsinlər. Maska xəstəlikdən bizi qoruyur.

alıcı: Mağazaya girərkən maskadan istifadə edirdik. İndi çıxdıq maskanı çıxardıq.

alıcı: Mən maskanı çıxaran deyiləm. Çünki öz sağlamlığım üçün. Maqazindədə istifadə eləmişik bəli.

Qaydalara riayət edilməsinin vacibliyi, maarifləndirici tələblər bütün cəmiyyət üçün nəzərdə tutulub.