• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1639
— 13.12.2021 20:34

Gəzməyə getdikləri şəxsin pulunu ələ keçirənlər saxlanılıblar

KepezTV Player

Göygöl Rayon Polis Şöbəsinə dekabr ayının 9-da vətəndaşa məxsus nağd pulun soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri - Kamran Əliyev, Elgiz Mahmudov və Hüseyn Tağızadə saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq, şəhər ərazisindəki kafelərin birində yeyib içdikdən sonra tanışları - zərərçəkən Fərhad Həsənovla birlikdə, avtomobil ilə Göygöl rayonuna gəzməyə ediblər. Yolda zərərçəkənin içkili olmasından istifadə edərək, onun əl-qolunu bağlayaraq cibindən 1900 manat nağd pulu soyğunçuluq yolu ilə ələ keçiriblər. Saxlanılan şəxslər dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edərək əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.