• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 13.12.2021 20:30

“Fizika müəllimi”nin cinayət əməlləri araşdırılır

KepezTV Player

Göygöldə həmkəndliləri ilə qabaqcadan əlbir olaraq 2019, 2020 və 2021-ci illərdə oğurluq cinayətləri törədərək vətəndaşlara külli miqdarda ziyan vurmaqda şübhəli bilinərək tutulan “fizika müəllimi” Elnur Hüseynovun digər cinayəti araşdırılır. Baş Prokurorluqdan bildirilib ki, barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynovun 14 apreldə Yevlaxın Aşağı Bucaq kəndində yerləşən sexdə Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində istintaq tədbirləri həyata keçirilir.