• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 13.12.2021 12:04

Telegram növbəti böyük yenilənməni əldə edib

Telegram növbəti böyük yenilənməni əldə edib. Beləliklə Telegram-ın yeni versiyasında reallaşdırılmış yeni funksiyaların bir hissəsi açıq qrupları, digər hissəsi isə fərdi çatların konfidensiallıqlarının yaxşılaşdırılmasını əhatə edir. Bundan əlavə olaraq individual olaraq həm iOS həm də Android istifadəçiləri üçün xüsusi funksiyalar istifadəyə verilib. Nəzərə çarpan əsas yeniliklərdən biri də qruplarda və kanallarda olan kontentlərin qorunmaları sistemidir. Belə ki, bundan sonra qrupların və kanalların yaradıcıları həmin qruplar və kanallarda paylaşılan foto ilə videoların abunəçilər tərəfindən yaddaşda saxlamalarını, paylaşılan mesajları digərləinə göndərmələrini və screenshot etmələrini qadağan edə bilərlər. Bundan əlavə olaraq fərdi çatlardakı mesajların tarixçələrinin silinməsi üzrə funksiyanın imkanı daha da genişləndirib. Belə ki, mesajların tarixçələrini konkret gün və ya zaman intervalı üzrə silmək mümkündür.

Telegram

Messencerin ayarlar bölməsinə Telegram-dan istifadə seansının idarəsi funksiyası əlavə edilib. İstifadəçilər xüsusi düyməyə klikləməklə Telegram-a desktop tətbiq və ya brauzer üzərindən sürətlə daxil ola biləcəklər. Bununla belə istifadəçilər aktiv olmayan zaman intervalını təyin edə bilərlər. Bu halda messencerin bütün aktiv istifadə seansları seçilmiş zaman intervalı üzrə deaktiv olacaqlar. Həmçinin hər bir cihaz üçün səsli zənglərin qəbulu ilə gizli çatların işə salınması funksiyasını ayarlamaq olar. Açıq qrupların və kanalların müəllifləri bir-birilərinin hesablarından istifadə edərək mesajların göndərilməsini reallaşdıra biləcəklər. Bu üsul ilə onlar öz əsas hesablarına diqqət çəkməkdən azad olacaqlar. İstifadəçinin bu və ya digər qrup ilə kanala abunə olmaq sorğusunu göndərdiyi halda əgər həmin istifadəçi ilə admin əlaqəyə girərsə, çatın yuxarı hissəsində adminin adı deyil, sorğunun göndərildiyi qrup və ya kanalın adı əks olunacaq.

Telegram

    Android istifadəçilər daha öncə yalnız fərdi çatlarda aktiv olmuş rəng temalarını bütün Telegram-a tətbiq edə biləcəklər. Bununla yanaşı bəzi cihazlarda SMS təsdiq olmadan şəxsi hesaba daxil olmaq özəlliyi reallaşdırılıb. Bu halda SMS təsdiq əvəzinə Telegram tərəfindən edilən zəngdə əks olunmuş nömrənin son rəqəmlərini daxil etmək lazım gələcək. iOS 13 və daha yuxarı versiyaların istifadəçiləri üçün ingilis dilli mətnlərin təyin edilməsi funksiyası istifadəyə verilib. Bu funksiya vasitəsilə iOS istifadəçiləri qəbul edilmiş və ya göndərilniş fotolardakı mətnləri təyin edə və kopyalaya biləcəklər. Bundan əlavə olaraq istifadəçilərin, qrupların və kanalların iOS-dəki profilləri iOS 15 standartlarına əsasən yeniləniblər. Sözügedən yeni Telegram versiyası artıq Android və iOS istifadəçiləri üçün aktivdir.

Telegram

Telegram