• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 13.12.2021 11:09

Ağsatafada pirotexniki vasitələr satan şəxs saxlanılıb

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində qanunsuz olaraq yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Zabit Zeynalov saxlanılıb. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Zeynalov barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib.