KepezTV Player
Gəncədə, şəhərin şərq istiqamətindən giriş hissəsinin ətraf ərazilərində iməcilik keçirilib. Ərazi məişət və politelin tullantılardan təmizlənib, yol kənarlarında olan zibillər yığılıb, qurumuş otlar biçilib. Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi və texnikaları tərəfindən görülən işlər əsasən yeni salınan əraziləri əhatə edib. Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə yol və səkilərdə də təmizlik işləri aparılıb. Bundan başqa ağacların dibləri alaq otlarından təmizlənib və quru budaqlar kəsilib.
- Baxış: 295