• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 10.12.2021 20:14

Vəzifəli şəxs 7 nəfərin 40 min manatını ələ keçirib

KepezTV Player

Şəmkir Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş Razim Əliyevin qanunsuz əməlləri ilə əlaqədar Ədliyyə Nazirliyindən daxil olan material və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə edilən müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Razim Əliyevin 2019-2020-ci illərdə həmin vəzifədə işləyərkən ümumilikdə 7 nəfərin cəmi 40 min  600 manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib. Razim Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.