• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3166
— 10.12.2021 18:58

Qəzada bir ailənin 5 üzvü xəsarət aldı

KepezTV Player

Şəkidə gecə saatlarında bir ailənin 5 üzvünün xəsarət aldığı yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bolludərə kəndində qeydə alınıb. Kənd sakini 70 yaşlı Füzuli Əhmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə Füzuli Əhmədov və avtomobildə olan sərnişinlər 64 yaşlı Nazikə Əhmədova, 42 yaşlı Raziyə Əhmədova, 19 yaşlı Zülfiyyə Məhərrəmova və 9 yaşlı Sənubər Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.***Gəncənin Nizami Gəncəvi prospektində də qəza qeydə alınıb. "VAZ 21015" markalı minik maşını yolu keçmək istəyən 23 yaşlı Novruzovu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir. ***Göygöldə Üçtəpə qəsəbəsində  "VAZ 2106 "markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil qəsəbədəki evin darvazasına çırpılıb.Qəza zamanı darvazanın arxasında olan ev sahibi 1974-cü il təvəllüdlü V.Əsgərova xəsarət alıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilib. Faktlarla bağlı araşdırmalar aparılır.