• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2487
— 10.12.2021 16:17

Tərtərdə məktəbə hücum olub

KepezTV Player

Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib. Hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar dağıdılıb.Məlumata görə, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil. Məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.