KepezTV Player
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncədə səfərdədir. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə COVİD-19-la mübarizədə Nizami yurdunda görülən işlər, vaksinasiya prosesi haqqında məlumat verilib. Şəhər sakinlərinin böyük bir qismi peyvəndlənib və hazırda müxtəlif kateqoriyadan olan insanlara 3-cü doza vaksin vurulması həyata keçirilir. Hande Harmancı görülən işləri müsbət qiymətləndirərək koronavirus infeksiyası ilə mübarizədə risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hamilə qadınların vaksinasiyasına xüsusi diqqət yetirilməli olduğunu söyləyib. Eyni zamanda, xəstəliyə qarşı maarifləndirici tədbirlərin tez-tez təşkil edilməsini məqsədəuyğun hesab edib.
- Baxış: 415