• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 09.12.2021 20:31

Koronavirusa yoluxduğu halda hazırlıq kurslarına gedən şəxs aşkarlanıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan yetkinlik yaşına çatmayan şəxsin müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq,yaşadığı evi tərk etməsi və hazırlıq kurslarına getməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, valideynləri ilə profilaktiki söhbətlər aparılarıb. Övladlarının xəstə halda cəmiyyət arasında olmasının digərlərinə də təhlükə törətməsi izah edilərək məsuliyyətə dəvət ediliblər.