• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 09.12.2021 20:29

Ağdamda abonent borca görə "Azərışıq"ın əməkdaşlarını bıçaqlayıb

KepezTV Player

Ağdamda abonent "Azərişığ"ın  iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb. Hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları  Taryel Mirzəyev və Şükür Mirzəyev borclu abonent  Rəhim Kərimov tərəfindən bıçaqlanıb. Məlumata görə, həmin şəxs yaşadığı evdə işığa olan 175 manat borcu ödəmədiyi üçün elektrik verilişini dayandırmaq istəyən montyorları bıçaqlayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən Rəhim Kərimov saxlanılıb.

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı

Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişıq” ASC əməkdaşının maşınını yandırıb. Şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. “Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib. Sabir Əliyev bundan əsəbiləşərək Kərimova məxsus, “Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüblər.