• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 09.12.2021 20:22

Pirotexniki vasitələr satan və oğurluq edən iki nəfər saxlanılıb

KepezTV Player

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində köşklərdən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini, Orxan Tağıyev saxlanılıb. Həmin şəxsin fəaliyyət göstərdiyi mağazadan pirotexniki vasitələr götürülüb.

Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Araşdırmalar zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş Taleh Əliyev qeyri-qanuni yolla daxil olduğu mağazadan ümumi dəyəri 1210 manat olan müxtəlif elektronik əşyaları oğurlayıb.