• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1883
— 09.12.2021 12:36

Ağdamda ermənilərin tərk etdiyi mövqelərdə döyüş sursatı aşkarlanıb

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qiyaslı kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən döyüş sursatı aşkar ediblər. Polis əməkdaşları 1 əl qumbarası, 1309 ədəd müxtəlif çaplı güllələr götürərək aidiyyəti üzrə təhvil veriblər.