• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 09.12.2021 12:31

Ağdam konsentrasiyasına görə Gəncə təəsüratını yaradacaq

KepezTV Player

"Ağdam öz müasirliyi və urbanizasiya səviyyəsinə görə, simasına görə daha çox müasir bir şəhər təəssüratı yaradacaq. Bakının indiki müasir görünüşü necədirsə elə. Amma belə desək, sıxlığına, konsentrasiyasına görə daha çox Gəncə təəsüratını yaradacaq".Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan  Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, Ağdam Bakı ilə Gəncə arasında, Sumqayıtla Bakı və Gəncə arasında bir simbioz təşkil edəcək. 

İmarət stadionunun yeri dəyişdirilir

Prezidentin xüsusi nümayəndəsi Ağdamda İmarət stadionunun tikintisinin nəzərdə tutulduğunu da bildirib. Arena əvvəlki yerdə, Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində olacaq.

Hazırda layihələndirmə işləri gedir. Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır.