• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 08.12.2021 19:50

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib

KepezTV Player

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib. Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Ordusunda təşkil olunan və dahi şairin irsinin öyrənilməsinə həsr olunmuş silsilə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəlməsində mühüm rol oynayır. Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında Nizami Gəncəvinin əsərlərinə bəstələnmiş muğam və musiqili kompozisiyaları tədbir iştirakçılarına təqdim olunub.