• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1242
— 08.12.2021 19:57

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə taktiki-xüsusi təlim keçirilib

KepezTV Player

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ilə “Yaşayış məntəqələrində antiterror əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən təlimdə xüsusi təyinatlı qruplara dinc əhali arasında təxribat törətməyə hazırlaşan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi tapşırığı verilib.Tapşırığı almış xüsusi təyinatlı qruplar zirehli avtomobillərlə və helikopterlərin dəstəyi ilə terrorçuların gizləndikləri yaşayış məntəqəsinə həmlə ediblər.Basqın zamanı yaralanan hərbi qulluqçuların təhlükəsiz şəkildə təxliyyəsi həyata keçirilib.