• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 08.12.2021 15:03

Mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Paytaxt sakini olan bir nəfər Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edərək metronun “Azadlıq” stansiyasının yaxınlığındakı evindən oğurluq edildiyini bildirib. Naməlum şəxs qapını açaraq içəridən dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını götürüb və hadisə yerindən yayınıb. Əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər də oğurluq cinayətlərinə görə məhkum edilmiş paytaxt sakini Emin Cabbarov saxlanılıb. Ondan oğurladığı qızl-zinət əşyalarının bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. Emin Cabbarovun oğurluq etdiyi evə necə daxil olması inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitə ilə də anbaan qeydə alınıb.