• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1164
— 08.12.2021 12:00

Koronavirus xəstələrinə cinayət işi başlanılıb

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının da keçirdikləri müvafiq tədbirlər nəticəsində  koronavirus testlərinin nəticəsi pozitiv çıxan rayon sakin Zahid Namazovun yaşadığı evi tərk etməsi aşkar olunub. Namazov yaşadığı evə göndərilib, barəsində cinayət işi başlanılıb.

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının da keçirdikləri tədbirlər zamanı koronavirus xəstəsi olan rayon sakinləri - Firudin Məmmədov və Mətləb Hacıyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını pozaraq evi tərk etmələri məlum olub. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxlər yaşadıqları evə göndərilib, barələrində Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanılıb.