• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 08.12.2021 12:10

Şagirdlərin təhsil imkanları yaxşılaşdırılıb

KepezTV Player

Şəmkirin Yuxarı Çaykənd kənd məktəbi üçün yeni modul tipli bina istifadəyə verilib. Rayon rəhbərliyinin, Milli Məclis rəsmilərinin işriak etdiyi mərasimdə Şəmkirdə modul tipli məktəblərin sayının 4-ə yüksəldiyi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilmısi istiqamətində işlərin həm rayon mərkəzində, həm də kəndlərdə davam etdirildiyi vurğulanıb. Hazırda yeni məktəblərin tikinsinin aparıldığı, Şəmkirdəki 78 məktəbdən təmir və inşası vacib olanların hissə-hissə yenilənəcəyi dqqətə çatdırılıb. Yuxarı Çaykənddə 80 yerlik olan modul tipli məktəbdə isə 65 şagirdə 22 müəllim dəsrlərin tədrisini həyata keçiriəcək. Əvvəllər uyğunlaşdırılmış binada yerləşən təhsil ocağında indi 11 sinif otağı yaradılıb.  Yeni inşa edilən məktəb binası ilə tanışlıqdan sonra Təhsil Nazirliyi tərəfindən göndərilən idman formaları və toplar şagirdlərə təqdim olunub.