KepezTV Player
Təhsil Nazirliyi tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib. Nazirlikdən arayış tələbinin olmadığı qeyd olunub. Qeyd edilib ki, kredit sistemindən qeydiyyatdan keçmək üçün 18 yaşından aşağı şəxslərdən "ASAN login" tələb olunmur. Bu tələbələr notarial ərizə nömrəsi ilə qeydiyyatdan keçə bilərlər. Həmçinin sosial kredit növündə bal tələbi yoxdur. Standart növdə 300 bal var, o da ilk ilin ilk semestri üçündür. Növbəti semestrlərdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi nəzərə alınır. “Kredit almaq üçün müraciət edərkən akademik kəsr olmaması sadəcə son semestr üzrə tələbdir, daha əvvəlki semestrlərdə olması hüquq məhdudlaşdırmır”, - nazirlikdən qeyd edilib.
- Baxış: 409