• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 06.12.2021 16:11

“Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi

KepezTV Player

Gəncədə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gender Hub Azərbaycan” tərəfindən Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı proqram çərçivəsində “Atalar məktəbi - məsuliyyətli atalığın transformasiyası” layihəsi reallaşıb.  BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi layihədə ata olmağa hazırlaşan şəxslər, gənc atalar, həmçinin gənclər iştirak ediblər. Seminarın əsas məqsədi ata olmağa hazırlaşan şəxsləri və gənc ataları uşağın inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə mövcud olan oturuşmuş davranış normalarını və gender- əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə verməkdir. Pilot mərhələsi Bakıda  başlayan seminarın növbəti günlərdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.