• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 06.12.2021 12:17

Oğurluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq  törədən şəxs saxlanılıb. Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Sərxan Məhərrəmov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərdən su mühərrikləri oğurlayıb. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilərkən törətdiyi cinayət hadisələrini etiraf edib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.