• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1403
— 05.12.2021 20:34

Uşaq və gənclərə psixoloji yardım üçün layihə

KepezTV Player

Azərbaycan Kapoeyra federasiyasının və BMT-nin qaçqınlar üzrə ali komissarlığının təşkilatçılığı ilə “Münaqişədən sonra gənclər və uşaqlara dəstək” adlı lahiyə həyata keçirilir. Bu məqsədlə Azərbaycanın 3 şəhərində kapoeyra idman növü üzrə məşqlər təşkil edilir. Layihəyə əsasən Gəncə şəhərində də müharibədən əziyyət çəkən uşaq və gənclərə, eləcə də şəhid və qazi övladlarına kapoeyra dərsləri keçilir. Bununla onların həm fiziki durumlarını inkişaf etdirmək, həm də bu idman növü vasitəsilə psixoloji yardım etmək üçün proqramlar yerinə yetirilir. İştirakçılarda maraq yaratmaq və məşqləri əyləncəli formada təşkil etmək üçün kapoeyranın özünəməxsus tərzdə olan musiqi və harmoniyasına xüsusi diqqət ayrılır. Gəncədən 30-dan çox şəxsin qatıldığı layihə 3 ay davam edəcək. Peşəkar məşqçilər və psixoloqlar uşaq və gənclərə təmannasız olaraq öz dəstəklərini göstərirlər. Bu layihə Nizami yurdu ilə birlikdə Bakı və Bərdə də təşkil edilir.