• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1182
— 05.12.2021 20:24

Payızlıq əkin üçün 300 ton gübrə satılıb

KepezTV Player

Göygöldə fermerlərə payızlıq əkin üçün gübrələrin satılmasına noyabrın əvvəlindən başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Aqroservis ASC-nin Göygöl bölməsinin anbarlarına amonium nitrat, amafos, nitro amafos və digər gübrələr gətirilib. Müraciət edən şəxslərin fermer kartında olan məbləğ və onun əkdiyi sahəyə uyğun  miqdarda gubrənin verilməsi təmin edilir.

Vüqar Abbasov torpaq mülkiyyətçisi:Gübrə satışında Aqroservisdə heç bir çətinlik yoxdu. Hansı gün gələndə gübrə alışında problem yoxdu. Yaxınlaşırıq mühasibatlığa nəğd də satış var, kartımızlada ala bilirik. Əvəl sənəd toplayırdıq problemlər yaşayırdıq. İndi asanlıqla gübrəni alıb sahələrimizə səpirik.

Taleh Mustafayev  torpaq mülkiyyətçisi: Göygöl rayonun Quşqara kındində yaşıyıram. Özümüm pay torpağım var. Heç bir problemsiz gəlirəm kimliyimlə yaxınlaşıram gübrə alıram.

Sahələrə verilən mineral gübrə xəstəlik və ziyanvericilərin qarşısını alır, məhsuldarlığı daha da artırır. Məhz elə bunun üçün də bu il Göygöldə ümumilikdə 20 min 800 ton yüksək keyfiyyətli məhsul yığılıb ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur.

Altay Ələkbərov  Aqrolizinq ASC-nin Göygöl-Daşkəsən bölməsinin rəhbəri: Əsas torpağa verilən gübrə amofos gübrəsidir. Əvvəlcə onu verib də şumlaya bilərik və yaxudda şumlayıb sonra da verə bilərik. Onda da əhəmiyyətli olar. Bu il quraqlıq olmasına baxmıyaraq lazımı qədər yazlıq gübrədə vermişkdik. Ona görədə məhsuldarlıq bol oldu. Yazlıq əkin üçünsə hazırda  135 tona yaxın azot, kaliumum və digər gübrələrimiz var.

Həmçinin fermerlərin işini asanlaşdırmaq üçün Göygölün kəndlərdə 10-a yaxın gübrə satış məntəqələri fəaliyyət göstərir. Satış məntəqələrində kifayət qədər gübrə mövcuddur. Fermer ən çox əkində istifadə etdiyi amofos gübrəsinin 50 kiloqramına 52 m 50 qəpik, nitro amofosun isə 50 kiloqramı üçün 39 manat pul ödəyir. Poses payızlıq əkinləri başa çatana kimi davam edəcək.

Elnur Vahidoğlu