• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 05.12.2021 20:12

DİM tərəfindən sınaq imtahanları keçiriləcəkdir

KepezTV Player

Respublikamızın hər yerində olduğu kimi Dövlət İmtahan Mərkəzinin Şəmkir regional bölməsinə aid olan Şəmkir, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayonlarının abituriyentləri üçün də 1-4-cü ixtisas qrupları üzrə ikinci mərhələ qəbul imtahanı modelinə uyğun olaraq sınaq imtahanı keçiriləcək. İmtahan dekabırın 19-da baş tutacaq və qeydiyyat 9 dekabr saat 23:59-dək davam edəcək. Dekabrın 26-da coğrafiya fənni üzrə əlavə, Azərbaycan dili fənni üzrə isə yeni imtahan modelinə uyğun sınaq imtahanları da olacaqdır.İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəranda təşkil ediləcəkdir. Sınaq imtahanlarında iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Proseslə bağlı əlavə məlumatlar isə Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında verilib.