• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 05.12.2021 20:05

Qəza iki can aldı, 3 nəfəri yarıcan etdi

KepezTV Player

Gəncənin Cavadbəy Rəfibəyli küçəsində ölümlə nəticələn yol qəzası baş verib.Hərəkətdə olan "Mercedes" markalı minik maşının sürücüsü 16 yaşlı Numan Əlizadə idarə etməni itirib və avtomobil yolun kənarı ilə hərəkət edən piyada 13 yaşlı Nazlı İbrahimovanı vurub, daha sonra ağaca çırpılıb.Sürücü və piyada hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 17 yaşlı Elcan Əliyev, İlkin Bayramov və 18 yaşlı Cavid Kazımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər və onlara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.